Rusiya Federasiyasının Voronej vilayətinin Novaya Usman kəndindən olan müəllimlər - Roman Babayev və Daria Çernıxdan arasında biometrikdən istifadə etməklə ilk nikah qeydiyyatı baş tutub
Publika.az xəbər verir ki, bu barədə kp.ru məlumat yayıb.
Bildirilib ki, yeni evlənənlərə onların biometrik məlumatlarının oxunduğu qadcet verilib. Onların düzgünlüyü təsdiqləndikdə, sevən cütlük rəsmi olaraq ər-arvad olublar.
"Bu, Rusiyada biometrikdən istifadə edilən ilk toydur", - Biometrik Texnologiyalar Mərkəzi ASC-nin baş direktoru Vladislav Povolotski hadisəni şərh edib.
Qeyri-adi hadisənin iştirakçıları təsadüfən seçilməyib - Roman və Daria ictimai fəaliyyətlərdə fəal iştirak edir, həmçinin Ukraynada xüsusi əməliyyatın iştirakçıları üçün humanitar yardımın toplanmasına kömək edirlər.
Hüseyn İbadlı