Məşhur rus aktyoru, "Mənim ədalətli dayəm" serialının ulduzu Boris Smolkin Moskvada şəhərin yerli sakinlərinin demək olar ki, qalmadığını söyləyib.
Publika.az xəbər verir ki, o, fikirlərini “Moskviç Maq”a müsahibəsində bildirib.
Smolkin moskvalılarla digər şəhərlərin sakinləri arasında əsas fərqin nə olduğu sualına cavab verib.
Onun sözlərinə görə, indiyə qədər Rusiya paytaxtının yerli əhalisinin demək olar ki, hamısı yoxa çıxıb.
“Moskvada real moskvalılar çox-çox azdır, demək olar ki, yoxdur. Rusiyanın digər şəhərlərində də bu tendensiya davam edir və yerli əhali gedir. Mən Sankt-Peterburq şəhərini nəzərdə tutmuram, orada özlərini oranın əsl sahibi, şəhəri isə Ata Vətəni adlandıran insanlar var”, - Smolkin qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl komediya ustası və aktyor Gennadi Xazanov da Moskvada şəhərin kifayət qədər yerli sakinlərinin qalmadığını bildirmişdi.
Adəm