07.06.25 | Bakı 21.03° C |
10:06:25
Lent :

Zori Balayanı şillələyən Milli Qəhrəmanın məzarı bərpa edildi - FOTO

05 iyn 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Azərbaycanın Milli Qəhrəmanı Vüqar Hüseynovun Cəbrayıl rayonunun Daşkəsən kəndində dağıdılmış məzarı bərpa olunub.

Qutb.az-ın məlumatına görə, 1993-cü ildə Cəbrayıl rayonunun işğal olunması ilə Milli Qəhrəmanın məzarı da düşmən əsarətində qalmışdı. Ermənilər Vüqar Hüseynovun işğal altındakı Daşkəsən kəndində yerləşən məzarını dağıtmaqla öz hesablarınca, ondan qisas almışdılar.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Cəbrayıl rayonunun düşməndən azad edilməsi Milli Qəhrəmanın məzarı da erməni əsarətindən qurtardı.

Vüqar Tofiq oğlu Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya gəlib. 1986-cı ildə orta məktəbi bitirib. Sonra Bakıda 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib, elektrik qaynaqçısı ixtisasına yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılıb və  Daxili Qoşunlarda xidmət edib.
1989-cu ildə  hərbi xidməti başa vuraraq, Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyntinə başlayıb.

80-ci illərin sonlarında erməni qəsbkarlarının Qarabağda  törətdikləri qatı cinayətlərə dözə bilməyən V.Hüseynov 1990-cı ilin oktyabrında könüllü olaraq Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazılıb.
Vüqar Xocalıda, Çaykənddə erməni quldurlarına qarşı rəşadətlə vuruşub, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərib.

Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdu.

Döyüş yoldaşlarının dediyinə görə, Vüqar Hüseyov 1991-ci ildə Xocalı hava limanında erməni separatçılarının məşhur ideoloqu (sonradan Xocalı qatillərindən birinə çevrilən) Zori Balayanı şillələyərək Azərbaycandan çıxıb getməyi tələb etmişdi.

1991-ci il iyulun 20-də ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçəndə, düşməni qarşılayan igidlərimiz sırasında Vüqar Hüseynov da olub. O və döyüş yoldaşları sinəsini sipər edərək düşməni geri çəkilməyə məcbur ediblər. Bu, Vüqarın son döyüşü idi…

O, Buzluq kəndindəki savaşda qəhrəmancasına şəhid olmuşdu. Ölümündən sonra cəsur döyüşçü “Qırmızı Ulduz” ordeni ilə təltif edilib.

Prezidentin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Vüqar Hüseynova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Milli Qəhrəman subay idi.

Doğulduğu Daşkəsən kəndində dəfn edilən V.Hüseynovun adı oxuduğu kənd məktəbinə verilmişdi.



A.Qorxmaz

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
21.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur