10.06.25 | Bakı 20.03° C |
10:06:25
Lent :

Rəşad Məciddən Xalq artistinə cavab: “İntriqalar sənətə xələl gətirir"

10 iyn 2025 03:00
GÜNDƏM
ads
Advertisement

"Təəssüf edirəm ki, Akademik Milli Dram Teatrında aktyorlar və teatr rəhbərliyi arasında münasibətlər yaradıcılıq müstəvisindən çıxıb, ictimaiyyətin də arzulamadığı cılız intriqalara yönəlir. Belə xırda intriqaların mətbuata çıxarılması isə ilk növbədə ehtiram bəslədiyimiz sənət adamlarının nüfuzuna xələl gətirir".

Qutb.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının sədri Rəşad Məcidin şəhid atası, Xalq artisti Əli Nura cavab məktubunda yer alıb.

Məktubda bildirilib ki, Mətbuat Şurasının hansısa media subyektinin, yaxud jurnalistin yaradıcılıq azadlığını məhdudlaşdırmaq kimi səlahiyyəti yoxdur.

"İkincisi, mən özüm də bir il Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvü olmuşam. Teatrın aktyorları ilə gözəl təmaslarım, hər birinə dərin hörmətim var. Sənət adamları mənim üçün böyük dəyərdir. Bu dəyər tərəfkeşlik kimi primitiv saydığım əmələ qurban verilə bilməz.

Şəxsi mövqeyimə gəldikdə, mən sənət cameəsindəki intriqaların ictimai müzakirələr müstəvisinə çıxmasının tərəfdarı deyiləm. Fikrimcə, cəmiyyətə örnək şəxslərin adları yalnız onların yaradıcılıqları müstəvisində gündəmə gəlməlidir. Akademik Milli Dram Teatrı kollektivinin üzvləri də bu kateqoriyadan olan şəxslərdirlər. Arzu edərdim ki, onlar teatrın daxili problemlərinə, qəlizləşən münasibətlərə teatrın özündə müzakirələrlə aydınlıq gətirsinlər, çıxış yolları tapsınlar. Belə yanaşma daha optimaldır, ziyalı ampluasına xas davranışdır, ən əsası daha etikdir".

R.Məcid bildirib ki, Mətbuat Şurasının fəaliyyət prinsiplərində əsas olan medianın, habelə cəmiyyətin maraq və mənafelərinin qorunmasıdır.

"Biz daim buna əməl etməyə çalışırıq. Sonda bir daha kin və qəzəbin səmimi münasibətləri üstələməyəcəyinə böyük ümidimi, sənət adamlarımızın təmkininə inam və ehtiramımı bildirirəm",- Şuranın sədri qeyd edib.

Qeyd edək ki, Xalq artisti Əli Nur Rəşad Məcidə ünvanladığı məktubunda teatrda son zamanlar baş verənləri yazıb və mətbuatı Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadəni qorumaqda ittiham edib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur