"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" ciddi itki ilə üzləşib.
Publika.az xəbər verir ki, Portuqaliya klubunun ulduz futbolçusu Bruma zədələnib. "Famalikano" ilə çempionat oyununda sıradan çıxan Brumanın sağ dizində ciddi problem aşkarlanıb. Buna görə o, əməliyyat olunacaq. 29 yaşlı futbolçunun bərpa prosesi təqribən 4-6 həftə çəkəcək.
Bu o deməkdir ki, Portuqaliya millisinin üzvü "Qarabağ"la hər iki oyunda iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Braqa” ilə Ağdam təsmilçisi arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab matçı isə fevralın 22-də Bakıda keçiriləcək.
Heybət