“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala Bundesliqanın 3-cü turunun “Holşteyn”lə oyununda 14-cü saniyədə fərqlənib.
QÜTB.AZ xəbər verir ki, almaniyalı futbolçu 1998-ci ilin yanvarından bəri çempionatda Münhen komandasının ən erkən qolunu vurub. Bu barədə “Opta Sports” məlumat yayıb.
1998-ci ildə “Bavariya”nın futbolçusu Giovane Elber Bundesliqa matçında 11 saniyədə fərqlənib.
Qeyd edək ki, görüş “pivəçilər”in 6:1 hesablı qələbəsi ilə nəticələnib.