İngiltərədə uşaqların təhlükəsizliyini artırmaq üçün başları ilə futbol oynamaq qadağan ediləcək.
Publika.az xəbər verir ki, ölkənin Futbol Assosiasiyası 11 və daha aşağı yaşda olan uşaqlar üçün bütün komanda oyunlarında başla topa vurmağı tədricən qadağan etməyə başlayacağını açıqlayıb.
İdeya təxminən iki il sınaqdan keçirilib. Qəsdən baş zərbəsi cərimə zərbəsi ilə cəzalandırılacaq.
7-9 yaş arası uşaqlar növbəti mövsümdən, 10 yaşa qədər uşaqlar 2025-2026-ci illər mövsümündən, 11 yaşa qədər uşaqlar isə 2026-2027-ci illər mövsümündən topu başla oynaya bilməyəcəklər. 12 yaşından etibarən isə buna icazə veriləcək.