"Qalatasaray"ın futbolçusu Tete karyerasını Yunanıstanda davam etdirəcək.
Publika.az xəbər verir ki, "Panathinaikos" braziliyalı futbolçunun transferini rəsmən açıqlayıb. Tete Yunanıstan klubu ilə 4 illik müqavilə imzalayıb.
Yunanıstan mətbuatının yazdığına görə, Tete ildə 2,7 milyon avro maaş alacaq. "Qalatasaray" isə vingerin satışından 7 milyon avro qazanıb.
Bununla belə, "Transfermarkt" portalı fərqli əməliyyat məbləği qeyd edib - 4,75 milyon avro. Bu, yəqin ki, Türkiyə klubunun FİFA-nın qərarına əməl etməli və Tetenin İstanbul klubuna faktiki olaraq icazəsiz getməsinə görə “Şaxtyor”a təzminat ödəməsi ilə bağlıdır. Həmin məbləğ isə 2,5 milyon avro təşkil edir.
Qeyd edək ki, 2023/24 mövsümündə Tete "Qalatasaray"ın heyətində 45 oyun keçirsə də cəmi 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
Heybət