“Roma”da bir illik icarə əsasında çıxış edən PSJ-nin yarımmüdafiəçisi Renato Sançes “Beşiktaş”da çıxış edə bilər.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Adrien Grenier X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib
Mənbənin məlumatına görə, PSJ rəhbərliyi portuqaliyalını az oyun keçirdiyi İtaliya klubundan icarədən geri çağırıb, yeni komandaya göndərmək niyyətindədir. 26 yaşlı yarımmüdafiəçi ilə “Beşiktaş” maraqlanır.
Bu mövsüm Sançes “Roma”nın heyətində bütün yarışlarda 9 oyun keçirib və bir qol vurub. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.