29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Kremlərdə kanserogen şoku: Dünyaca məşhur brendlər araşdırılır

07 mar 2024 09:00
GÜNDƏM
ads
Advertisement

ABŞ-da müstəqil laboratoriya olan “Valisure” məşhur markaların sızanaq müalicəsində istifadə edilən kremlərində aparılan sınaqlarda yüksək miqdarda kanserogen maddələrin aşkar edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu brendlərə "Estee Lauder"ə məxsus “Clinique”, "Target"ə məxsus “Up & Up” və "Reckitt Benckiser"ə məxsus “Clearasil” kremləri daxildir.

“Valisure” tənzimləyici orqan olan ABŞ Qida və Dərman İdarəsinə (FDA) problemlə bağlı hesabat verib. Hesabatda FDA sözügedən məhsulları bazardan geri götürməyə, araşdırma başlatmağa çağırılır.

Laboratoriyanın açıqlamasından sonra "Estee Lauder"in səhmləri birjada dəyərini 3 faiz itirib.

Sözügedən brendlər "Reuters" xəbər agentliyinin mövzu ilə bağlı suallarına cavab verməyiblər. FDA-nın təqdim olunan ərizəyə necə cavab verəcəyi hələ məlum deyil.

Keçmişdə bu kanserogen maddə günəş kremi, nəmləndirici və şampun kimi bəzi istehlak məhsullarında aşkar edilib. “Procter & Gamble “və “Johnson & Johnson” kimi məşhur şirkətlər məhsullarını bazardan geri çəkməli olub.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur