04.07.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Ağ Evdə UFC döyüşü keçiriləcək

04 iyl 2025 09:00
GÜNDƏM
ads
Advertisement

ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini bəyan edib.

 

Qutb.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ayova ştatında Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildlrib.

 

O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: "Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur".

 

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.

 

Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

 

Ağ Evin mətbuat katibi Karolayn Lyuittin sözlərinə görə, prezident "bu məsələdə ciddidir".

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur