Yeddi milyondan çox rusiyalının, borclarına görə ölkədən çıxışına qadağa qoyulub.
Publika.az xəbər verir ki, bu barədə TASS Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatlarına istinadən xəbər yayıb.
Departament aydınlaşdırıb ki, mayın əvvəlində Rusiya Federasiyasından kənara səyahətə müvəqqəti məhdudiyyətlər haqqında qərarlar yeddi milyon yarım icra icraatı çərçivəsində qüvvədə olub.
Eyni zamanda, bu ilin əvvəlindən mayın əvvəlinə qədər “məhdudlaşdırılmış” borclulardan 28 milyard rubldan çox pul yığılıb. 2019-cu ildə bu rəqəm xeyli aşağı idi - yeddi milyard rubl.
Tural