Tanınmış aktyor-aparıcı İlkin Həsəni Amerika vizası alsa da, ora səfər edə bilməyib.
Publika.az xəbər verir ki, bu barədə sənətçi özü sosial mediada yazıb.
O bildirib ki, hadisə 2020-ci ildə baş verib.
"Bu günə kimi mənə ən çox od qoyan viza bu olub. Amerikaya viza alasan, Brüs Uilisin iştirak etdiyi çəkilişə rəsmi dəvət alasan və pandemiyaya görə gedə bilməyəsən", - aktyor qeyd edib.