ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp seçki kampaniyasının kommunikasiya direktoru olmuş Stiven Çunqa vəzifə verib.
QÜTB.AZ CNN-ə istinadən xəbər verir ki, Çunq Ağ Evin kommunikasiyalar üzrə direktoru təyin edilib.
Məlumata görə, Tramp noyabrın 15-də həmçinin Prezidentin Kadrlar İdarəsinə də direktor təyin edib. O, bu vəzifəyə Sergio Qoru gətirib.
“Stiven Çunq və Sergio Qor 2016-cı ildəki ilk prezidentlik kampaniyam zamanı da etibarlı məsləhətçilər olub və 2024-cü ildəki tarixi qələbəmizə qədər həmişə "Birinci ABŞ" şüarını müdafiə ediblər. Mən çox şadam ki, onlar Ağ Evə gəlirlər. Beləliklə, biz Amerikanı yenidən möhtəşəm edəcəyik!” - nəşr Trampın sözlərindən sitat gətirib.