Dominikan Respublikasının voleybol komandası Lisvill Eve Paris Olimpiadasının başlaması ərəfəsində komandadan kənarlaşdırılıb.
Publika.az xəbər verir ki, onun Millətlər Liqası zamanı verdiyi dopinq testi müsbət çıxıb. Evenin nəticələri olimpiya voleybol turniri başlamazdan əvvəl məlum olub.
Dominikan Olimpiya Komitəsinin məlumatına görə, idmançı artıq oyunlarda iştirakdan kənarlaşdırılıb. Onu 4 illik diskvalifikasiya gözləyir.