“Real Madrid”in sabiq yarımmüdafiəçisi Toni Kroos 2025-ci ilin yayında ABŞ-da keçiriləcək klublararası dünya çempionatının yenilənmiş formatını tənqid edib.
QÜTB.AZ xəbər verir ki, o, bu barədə "Sky Sport Germany" agentliyinə danışıb.
“Bəzi insanlar oyanmalı, oyunçular haqqında daha çox, pul haqqında daha az düşünməlidirlər. Belə turnirin keçirilməsi sadəcə olaraq məsuliyyətsizlikdir. Bu pis klublararası dünya çempionatı olacaq. Nə vaxtsa oyunçular dayanacaq”, -Kross qedy edib.
Xatırladaq ki, yeni yarış formatında iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksələcək. Turnirdə Afrika, Asiya, Avropa, Amerika və Okeaniya klubları iştirak edəcək. Klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək keçiriləcək.