İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı rəsmi razılaşmanın imzalandığını təsdiqləyən bəyanat yayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, bu sənədi Dohada İsrail, HƏMAS hərəkatı, ABŞ və Qətər nümayəndələri imzalayıb.
"Baş nazirin dəftərxanası cümə günü səhər saatlarında yaydığı məlumatda girovların azad edilməsi və Qəzzada atəşə son qoyulması üçün razılaşmanın imzalandığını açıqlayıb", - məlumatda deyilir.
Bundan əvvəl Qətər hökumətinin başçısı Məhəmməd bin Əbdül Rəhman Əl Tani İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.
Hüseyn İbadlı