“Əl-Nəsr”in baş məşqçisi Luis Kastro komandanın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə iş prosesindən danışıb.
Qütb.az xəbər verir ki, bu barədə “Al Nassr Zone” sosial şəbəkələrdə Kastrodan sitat gətirib.
“Mən “Əl-Nəsr”ə dünyanın ən yaxşı oyunçusunu çalışdırmaq üçün gəlmişəm və bu, prestijlidir. Kriştiano ilə məşqdə işləmək asandır. Mən inanıram ki, oyunçu nə qədər yaxşı olsa, onunla işləmək bir o qədər asan olar”, – Kastro bildirib.
Bu mövsüm Kriştiano Ronaldo klub üçün bütün yarışlarda 28 matçda iştirak edib, 27 qol vurub və 11 məhsuldar ötürmə verib. Xatırladaq ki, Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir. Portuqaliyalının klubla müqaviləsi 2025-ci ilə qədərdir.