Covid-19 xəstələrində narahatlıq, yuxusuzluq və həddindən artıq yatmaq istəyi ilə yanaşı əsəbilik, tərləmə, dözümsüzlük, xəstəlik və ölüm qorxusundan asılı olmayaraq narahatlıq şikayətləri artıb.
Publika.az xəbər verir ki, mütəxəssislər ağciyərlərdə "buzlu şüşə" görünüşünün yenidən görünməyə başladığını vurğulayıblar.
Sinə qəfəsi xəstəlikləri kafedrasının müdiri prof. Dr. Şevket Özkaya Covid-19 xəstələrində narahatlıq əlamətlərinin artdığını açıqlayıb:
“Qrip, donuz qripi və RSV kimi tənəffüs yollarını təsir edən virusların bir xəstədə birdən çox görülür. Xəstələrimiz uzun sürən öskürək şikayətlərinə hansının səbəb olduğunu düşünürlər. Covid-19 epidemiyası dövründə belə öskürək şikayətləri bu qədər çox deyildi”.
Digər tərəfdən Özkaya Türkiyədə inkişaf etməkdə olan sağlamlıq sistemi ilə vərəm xəstələrinin sayında azalma olsa da, təhlükənin davam etdiyini bildirib.
Aysel Şahmar