Melburnda keçirilən “Australian Open 2024” turnirin yarımfinal görüşündə serb tennisçi Novak Cokoviç İtaliya təmsilçisi Yannik Sinnerlə qarşılaşıb. Görüş sensasiyalı şəkildə 6:1, 6:2, 6:7 (6:8), 6:3 hesabı ilə Sinnerin xeyrinə başa çatıb.
Publika.az xəbər verir ki, beləliklə, dünyanın bir nömrəsinin bu turnirdəki 33 oyunluq qələbə seriyası başa çatıb. Cokoviç Avstraliya Açıq Çempionatında son olaraq 2195 gün əvvəl məğlub olub. Serb tennisçi 2018-ci ildəki yarışım dördüncü mərhələsində koreyalı Çunq Hyunla görüşdə yenilib.
Dünya reytinqində 4-cü olan Yannik Sinner isə karyerasında ilk dəfə "Australian Open"in finalında çıxış etmək hüququ qazanıb.
Xatırladaq ki, Cokoviç 10 dəfə Avstraliya Açıq çempionatının qalibi olub (2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021, 2023).
Heybət