Müğənni Zemfira Parisi ikinci vətəni adlandırıb.
Publika.az xəbər verir ki, sənətçi bu barədə "Telegram" kanalında məlumat yayıb.
“Yaxşı yaşayıram, yaxşı görünürəm. Paris mənim evimə çevrildi. Bax belə. Və ən əsası, mən çox azadam! Yeni iliniz mübarək”, – Zemfira yazıb.
Müğənni dünyanın müxtəlif yerlərində çoxlu konsertlər verəcəyini vəd edib, həmçinin yeni albom barədə izləyicilərinə müjdə verib. Artistin sözlərinə görə, hazırda albomun dizaynı üzərində iş gedir.
“Elə indicə alboma qulaq asdım və sizə həsəd aparıram. Baxmayaraq ki, “Спасибо”dan sonra işimi tərifləməməyə diqqət edirəm. Bunu tərifləmirəm, amma gözəldir”, - Zemfira aydınlıq gətirib.
Qeyd edək ki, dekabrın sonunda müğənni Zemfiranın Dubaydakı konsertinin biletləri satılmadığı üçün nəzərdə tutulan tarixdən iki gün əvvəl proqram ləğv edilib.
Aytən