Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı şok iddia yayılıb.
Publika.az xəbər verir ki, dünya çempionu olan forvardın zəhərləndirildiyi bildirilir. Bu barədə "The Sun" məlumat yayıb.
Maradonanın son saatlarında ona necə qulluq etdiklərinə görə 8 həkim və tibb bacısına qarşı cinayət işi açıldığı daha əvvəl bildirilmişdi.
Tibbi heyət keçmiş futbolçunun vəziyyəti pisləşdiyi halda onu bir neçə saat əzab içində buraxmaqda ittiham olunurlar. Son iddialar isə zəhərlənməsi ilə bağlı ehtimalın araşdırılmasına səbəb olub.
2020-ci ilin noyabrın 25-də 60 yaşında vəfat Maradona alkoqol və narkomaniyadan müalicə alırdı. Rəsmi açıqlamaya görə argentinalı əfsanə xroniki ürək çatışmazlığından yaranan kəskin ağciyər ödemi nəticəsində dünyasını dəyişib.
Heybət