Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər gətirilib (4-ü qadın cinsi, 2-si kişi cinsi olmaqla).
Bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü Allahverdiyeva Ayna Təru qızı həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.
1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb. Digər ölən şəxsin isə kimliyi bəlli deyil.
-------
09:08
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.
Hadisə zamanı bir nəfərin öldüyü bildirilir, üç nəfər ağır yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.
Sumqayıtda mikroavtobusun betona çırpılması nəticəsəində xəsarət alanların sayı artıb. Xəsarət alan 6 nəfər xəstəxanaya yerləşdirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun