Səudiyyə Ərəbistanı klubu olan "Əl-Hilal"ın braziliyalı hücumçusu Neymar vətəninə qayıdaraq peşəkar karyerasına başladığı klubla - "Santos"la müqavilə imzalayacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat yayıb.
Mənbə iddia edir ki, “Santos” “Əl-Hilal”a rəsmi təklif göndərib. Ərəb klubu yüksək maaşlı futbolçudan qurtulmağın əleyhinə deyil.
Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın Paris Saint-Germain klubundan "Əl-Hilala" keçib. O, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb.
18 oktyabr 2023 -cü ildə Neymar Braziliya millisinin Uruqvayla matçında zədələnib - çarpaz bağları və menisküsü yırtılıb. Onun sağalması üçün təxminən on ay vaxt lazımdır.
Hüseyn İbadlı