“Neftçi”nin baş icraçı direktoru postuna yeni təyinat olub.
Bu post türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. “Neftçi” onu belə təqdim edib:
“Cenk “Beşiktaş”ın idarəetmə sistemində çalışıb. Klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib. Həmçinin İstanbul təmsilçisinin vitse-prezidenti vəzifəsini tutub. Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik Cenk Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. Onun qarşısına idarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması məqsədləri qoyulub”.
Eviniz tikilsin, az qala ürəyim dayanmışdı ki, bu təqdimatı oxuyana qədər. Ay zalımlar, bu təqdimatı yazandan sonra bir dönüb “Beşiktaş”a baxdınız? Sizin Cenkin dərmanı vardısa, “qartalın keçəli”nə niyə sürtməyib? Olmaya o dərmanı Bakıya gətirib? Elədirsə, nə deyirik, müstəcəb olsun.
Natiq Muxtarlı