“Napoli”nin yarımmüdafiəçisi Petr Zelinski klubla müqaviləsini yeniləməmək və yayda azad agent kimi “İnter”ə keçmək qərarına gəlib.
Publika.az xəbər verir ki, Zelinski artıq “neradzurri” ilə mövsümə 4,5 milyon avro maaşla üç illik müqaviləyə razılaşıb.
“Corriere dello Sport”un məlumatına görə, “Napoli”nin prezidenti Aurelio De Laurentis onu oyun praktikasından məhrum etmək variantını nəzərdən keçirir.
Belə olarsa, Zelinski mövsümün sonuna qədər meydanda görünməyə bilər.
29 yaşlı Zelinski 2023/24 mövsümündə “Napoli”nin heyətində 24 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.