"Napoli"nin baş məşqçisi Valter Matsarri "İnter"lə İtaliya Superkubokunun finalından (0:1) sonra mükafatlandırma mərasimini boykot edib.
Publika.az xəbər verir ki, italyan mütəxəssis futbolçusu Covanni Simeonenin 5 dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan uzaqlaşdırılmasından narazı qalıb.
Matsarri əvvəlcə hakimlərin üstünə “ayıb olsun!”, - deyə qışqırıb. Matç bitdikdən dərhal sonra isə məşqçi soyunub-geyinmə otağına qaçaraq medal mərasiminə qatılmayıb və mətbuata açıqlama verməyib.
Xatırladaq ki, Matsarri 2023-cü ilin noyabrından “Napoli”yə rəhbərlik edir. Mütəxəssisin klubla müqaviləsi mövsmün sonuna qədərdir.
Heybət