Məşhur “The Economist” jurnalı Fransa Prezidenti Emanuel Makronu xoruza bənzədib.
QÜTB.AZ xəbər verir ki, jurnalın son sayında Fransadakı siyasi böhrandan bəhs edən məqalə dərc olunub. Məqalənin əsas fotosu isə uçuruma doğru addımlayan gözübağlı xoruzdur.
Yazıda satirik hədəfə alınan Makronun üç il ərzində üç baş nazir dəyişməsi məsələsinə toxunulub. Baş nazir Mişel Barnye hökümətinin devrilməsi Makronun uğursuz siyasətinin nəticəsi kimi təqdim olunub.