01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İraq İranı ittiham etdi: Suverenliyimizə qəsddir

16 yan 2024 09:00
GÜNDƏM
ads

Bağdad çərşənbə axşamı gecə 4 nəfərin ölümünə səbəb olan İranın İraq Kürdüstanını atəşə tutmasını ölkənin suverenliyinə və təhlükəsizliyinə təcavüz kimi qiymətləndirir.

Publika.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İraq Respublikası Hökuməti İranın Ərbil şəhərinə qarşı yaşayış binalarının ballistik raketlərlə bombalamasını və mülki əhalinin tələfatına səbəb olan təcavüzünü qəti şəkildə pislədiyini bildirir. İraq hökuməti bu davranışı Ərbil şəhərinə, İraq xalqının suverenliyi və təhlükəsizliyinə qarşı təcavüz hesab edir”, - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi bəyan edib ki, bu hərəkətlərə cavab olaraq İraq hakimiyyəti bütün qanuni tədbirləri görəcək, o cümlədən BMT Təhlükəsizlik Şurasına şikayət edəcək.

Ərbil səlahiyyətliləri daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) şəhərdəki obyektlərə hücumları nəticəsində 4 nəfərin öldüyünü və 6 nəfərin yaralandığını bildirmişdi. İran İnqilab Keşikçiləri Hücumlara görə məsuliyyəti öz üzərinə götürərək, zərbə nəticəsində İran əleyhinə terror qruplaşmalarının bazalarının məhv edildiyini bildirib.

Tural


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur