Portuqaliyalı mütəxəssis Jose Mourinyo "Barselona"ya rəhbərlik edə bilər.
Publika.az "Goal"a istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi hazırkı baş məşqçi Xavi ilə yolları ayıracaqları təqdirdə, bu posta Mourinyonu dəvət etməyi planlaşdırır. Qeyd olunur ki, klub ispan çalışdırıcının rəhbərliyi altında komandanın çıxışından narazıdır və istefası barədə ciddi düşünür.
Mourinyo 1996-2000-ci illər aralığında "Barselona"da çalışıb. O, tərcüməçi, eyni zamanda Ser Bobbi Robson ilə Lui van Qaalın köməkçisi qismində fəaliyyət göstərib. "Xüsusi biri" 2010-2013-cü illərdə isə "Barsa"nın əzəli rəqibi "Real"a rəhbərlik edib.
Xatırladaq ki, Mourinyo “Roma”dan yanvarın 16-da qovulub.
Heybət