Kutaisi-Barselona reysi ilə uçan təyyarə Kutaisi Beynəlxalq Hava Limanına qayıtmağa məcbur olub. Publika.az xəbər verir ki,buna səbəb təyyarədə partlayıcının olması ehtimalıdır. Məlumat Kutaisi Beynəlxalq Hava Limanı tərəfindən yayılıb.
“Kutaisi-Barselona reysi havaya qalxdıqdan bir neçə dəqiqə sonra yenidən Kutaisi Beynəlxalq Hava Limanına enib. Səbəb isə aviaşirkətin göyərtəsində partlayıcının olması ehtimalı ilə bağlı verilən məlumat olub.
Ekipaj Kutaisi hava limanına qayıtmaq qərarına gəlib. Bütün müvafiq xidmətlər səfərbər edilib və yerində işləyir”, - deyə hava limanından bildirilib.
Cəmilə