29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

“Bizim “detektivlər” bəzən dəhlizdə də nəsə öyrənməyə cəhd edirlər”

29 dek 2023 23:00
GÜNDƏM
ads
Advertisement

Dünyanın 50-dən çox ölkəsində bütün televiziya reytinqlərini üstələmiş dünyaca məşhur musiqi layihəsi artıq Azərbaycan teleməkanında da yayımlanır.

Publika.az xəbər verir ki, İctimai TV-də efirə çıxan “Maska” şousu kifayət qədər izləyici toplaya bilib.

2015-ci ildə Cənubi Koreya teleməkanında ərsəyə gələn layihə əvvəlcə Cənub-Şərqi Asiya ölkələrində, daha sonra bütün dünyada populyarlıq qazanıb. Şou MBC lisenziyası ilə planetin 50-dən çox ölkəsində nümayiş etdirilib və indi də sevilərək izlənilir.

“Maska” şousunun meneceri Əziz Əliyev layihə haqqında Baku TV-yə danışıb:

“Burada məqsədimiz maskaları maksimum dərəcədə digər insanlardan, əsasən də bizim çox təcrübəli “detektivlər”dən qorumaqdır. Çünki bizim “detektivlər” bəzən dəhlizdə də nəsə öyrənməyə cəhd edirlər”.

Müsabiqənin “detektivləri” Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Nigar Camal, Murad Arif, tanınmış teleaparıcı Kamilə Babayeva, layihənin aparıcısı isə Ağa Nadirovdur.

Milli şouda da qaydalar başqa dillərdə olduğu kimi, eynidir. 12 iştirakçı, o cümlədən məşhur xalq artistləri, idmançılar, şoumenlər maskanın altında gizlənərək musiqi nömrələri ifa edir və münsiflər heyətinin onları tanımaması üçün hər şeyi etməyə çalışırlar.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur