ABŞ-ın meteoroloji agentliyi “Noaa” xəbərdarlıq edib ki, bu il Şimali Atlantikada 3-cü dərəcəli və ya daha çox intensivlikdə yeddi böyük qasırğa baş verə bilər.
Publika.az xəbər verir ki, bu, normal rəqəmdən iki dəfə çoxdur. Normalda bir mövsümdə üç böyük qasırğa olur.
İyun-noyabr aylarında 13 qasırğanın olacağı proqnozlaşdırılır. Burada müxətlif səbəblər var: dəniz səthinin temperaturunun istiləşməsi və qlobal hava şəraiti.
İqlim dəyişikliyinin qasırğalara təsir etdiyinə dair heç bir dəlil olmasa da, son proseslər ən güclü qasırğaların baş vermə ehtimalını artırır.
“Noaa”nın administratoru Rik Spinrad mətbuat konfransında bildirib ki, bu tipli qasırğalar növbəti illərlə müqayisədə bu ilin hər günü üçün gözləniləndir.
“Noaa” əvvəlki tədqiqatlarının birində Atlantik okeanla yanaşı artıq Sakit okean bölgəsində də normadan artıq qasırğa mövsümünü proqnozlaşdırmışdı. Orta hesabla Karib dənizi və Meksika körfəzinin daxil olduğu Atlantik okean hövzəsində ildə 14 tropik fırtına baş verir ki, onlardan yeddisi adi, üçü böyük qasırğadır.
Tropik fırtınalar 74 mil/saat (119 km/saat) külək sürətinə çatdıqda qasırğaya çevrilir. Əsas qasırğalar (üçüncü kateqoriya və yuxarı) ən azı 111 mil/saata (178 km/saat) çatan qasırğalardır.
Böyük qasırğalar əsasən 2005 və 2020-ci ildə müşahidə edilib. “Noaa”nın proqnozuna görə, böyük qasırğalar 2024-cü ilda daha çox olacaq. Ayrı-ayrı fırtınaların dəqiq səbəbləri mürəkkəbdir, lakin proqnozun arxasında iki əsas amil dayanır:
Birincisi, yaxın aylarda "El Nino"dan "La Nina"ya keçid ehtimalı var ki, bu da fırtınaların daha da böyüməsinə şərait yaradır.
İkincisi, tropik Atlantikada qasırğanın inkişafının əsas bölgəsində dəniz səthinin temperaturu həmişəkindən daha istidir.
Bu, tez-tez daha güclü qasırğalar deməkdir, çünki isti sular qərbə doğru axın etdikcə, fırtınalar böyüyür.
Texas “A&M” Universitetinin atmosfer elmləri üzrə professoru Endryu Dessler diqqətə çatdırıb ki, dəniz səviyyəsinin qalxması ümumi daşqın dərinliyini artırır və bugünkü qasırğalar əvvəlki illərdəkindən daha təhlükəlidir.
Aktiv proqnozu nəzərə alaraq, tədqiqatçılar ictimaiyyətin bu fırtınaların yarada biləcəyi təhlükələrdən xəbərdar olmasının vacibliyini vurğulayırlar.
Aysel Şahmar