Narkotiklərlə mübarizə idarələrindən birinə rəhbərlik edən Yekaterinburqdan olan keçmiş polisin dəstəsi ilə bağlı təfərrüatlar ortaya çıxıb. Qrupa onun üç həmkarı və sürücüsü olan bir mülki şəxs daxil olub.
Publika.az xəbər verir ki, onlar 2000-ci ildə bir iş adamı və onun sevgilisinin küçədə güllələnməsi də daxil olmaqla, silsilə qətllərdə ittiham olunurlar.
Cinayətkar dəstə iş adamının izinə düşərək, odlu silah və təkər dəmiri ilə onu hədələyərək pul verməsini tələb ediblər. İş adamı müqavimət göstərib, bundan sonra onu döyərək güllələyiblər.
Nəşrin mənbəsi bildirib ki, keçmişdə “forma geyinmiş canavarlar” bir çox başqa maddələrdə də ittiham olunublar. Onları ən ağır ittihamla ömürlük həbs cəzası gözləyir”.
Cinayətkarlar bütün cinayətləri pul üçün etdiklərini deyiblər. Üstəlik, basqınçılar özlərinə o qədər arxayın olublar ki, hətta maska belə taxmayıblar.
Cəmilə