29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Messi Olimpiadada oynamaq istəyir: Onunla birgə qərar verəcək

20 yan 2024 04:00
İDMAN
ads

Lionel Messi bu yay Parisdə keçiriləcək Olimpiadada iştirak edə bilər.

Publika.az xəbər veririk, 36 yaşlı Messi bu haqda ciddi düşünür. O da bildirilir ki, Anxel Di Maria da Olimpiadada iştirak etməyi düşünür və Messi ilə birgə qərarı verəcək.

Qeyd edək ki, bu mövsüm Messi üçün gərgin keçəcək. MLS çempionatı fevralda başlayır. İyunun 20-dən iyulun 14-dək isə Argentinanın çempionluq titulunu qoruyacağı 2024-cü il Amerika Kuboku başlayır.

Argentinanın U-23 yığmasının baş məşqçisi Xavyer Maskerano bildirib ki, onun potensial olaraq Oyunlarda iştirak edəcək iki əfsanəvi siması var – Messi və Di Maria.

Maskerano hətta olimpiya yığmasının sükanını “Albiseleste”nin baş məşqçisi Lionel Skaloniyə təhvil verməyə hazırdır. Nəzərə alın ki, 23 yaşdan yuxarı üç oyunçu Oyunlar üçün ərizəyə daxil edilə bilər.

Xatırladaq ki, Lionel Messi 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarının qalibi olub. Həmin komandada Messi ilə birlikdə Xavyer Maskerano, Anxel Di Maria və Serxio Aquero çıxış edirdi.

Daha əvvəl Kilian Mbappenin Olimpiadada oynaya biləcəyi barədə məlumatlar yayılmışdı.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur