Beynəlxalq Avtomobil Federasiyasında (FİA) kadr dəyişiklikləri davam edir. İdman direktoru vəzifəsinə Tim Meylion təyin edilib. Bundan başqa texniki direktor vəzifəsini icra edən Tim Qossa da istefa verib.
Publika.az xəbər verir ki, Tim Qossun gedişi son ay ərzində 3-cü vacib istefadır. Ötən ilin sonlarında Stiv Nilsen və Debora Mayer postlarını tərk etmişdilər.
Meylion 2021-ci ildən etibarən FİA-da təhlükəsizlik məsələləri üzrə direktor idi. Quruma qədər Tim uzun müddət “Red Bull”un strukturunda çalışıb. Nilsenin istefasından sonra onun vəzifəsi artırılıb. Tim Qossu kimin əvəz edəcəyi ilə bağlı isə hələlik məlumat yoxdur.
Yarış direktoru vəzifəsində Nils Vittix qalacaq. O, Tim Meyliona tabe olacaq.