"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messinin ötən gün 37 yaşı tamam olub.
Publika.az xəbər verir ki, argentinalı kapitan doğum gününü 2024-cü ildə Amerika Kubokunda iştirak edən milli komanda ilə keçirib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Bütün təbriklərə görə çox sağ olun! Millidə olduğum vaxtda ad günümə təsadüf edən daha bir il... Beləliklə, bir az əyləndik və növbəti matça hazırlaşmağa davam etdik”, - deyə Messi bildirib.
Heybət