Moskvada döyülən rusiyalı avarçəkən Kirill Lyapunov hücum gecəsi sərxoş olub və heç nə xatırlamır.
QÜTB.AZ xəbər verir ki, idmançıya hücumun təfərrüatları haqda Rusiya mətbuatı məlumat yayıb.
İdmançının sözlərinə görə, o, dostları ilə dincəlirmiş, bundan sonra onları taksiyə mindirib və tək qalıb. “Bəlkə bara getdim, bəlkə də getmədib. Sonra nə baş verdiyini heç xatırlamıram”, – avarçəkən deyib. Əlavə edib ki, hazırda evdədir və özünü “az-çox normal” hiss edir.
Lyapunovun döyülməsi yanvarın 6-da məlum olub. Bildirilib ki, hadisə yanvarın 3-nə keçən gecə Tverskaya küçəsində baş verib. Ona yanaq sümüyünün və göz yuvasının sınığı diaqnozu qoyulub. Gözlərində, göz qapaqlarında və üzündə çoxsaylı qançırlar aşkarlanıb.
38 yaşlı Lyapunov ikiqat Universiada çempionudur və eyni zamanda Avropa çempionatında gümüş medal qazanıb.