Aktrisa səs-küylü intim səhnədən danışdı:"Səhnə tələb edirsə, oynamaq lazımdır"
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov yenidən bu vəzifəyə təyin edilib.
O, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq bu vəzifəyə gətirilib.
Qeyd edək ki, Aqil Şirinov 12 may 2020-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun rektoru idi. O, daha əvvəl Qafqaz Müsəlmanları İdarəsində çalışıb.
Qutb.az-ın məlumatına görə, Aqil Şirinov yenidən eyni vəzifəyə təyin olunması qanunvericiliyin tələbidir.
Belə ki, dövlət başçısı tərəfindən 10 dekabr 2018-ci ildə imzalanan fərmana əsasən, Azərbaycanda rektorlar 5 il müddətinə təyin edilir. Ölkəmizdə qanunvericiliyin geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir.
Elnur Əmirov