Fransanın paytaxtı Parisdə terrorçuluqda şübhəli bilinən üç nəfər saxlanılıb.
Qutb.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məlumat yayıb.
Onların saxlanılması əməliyyatı ölkənin şimal-şərqində Reyms şəhərində həyata keçirilib.
Bu şəxslər Suriya-İraq zonasında olan fransız əsilli terrorçuya maddi-texniki yardım göstərməkdə şübhəli bilinirlər.
2017-ci ildən Fransanın xüsusi xidmət orqanları ölkə ərazisində hazırlanan 39 terror aktının qarşısını alıb.