Limon şirəsi təəssüratı yaradan limon ətirli sous, limon sousu və oxşar adlarla satılan məhsullar 31 dekabr 2024-cü il tarixindən sonra daxili bazara çıxarılmayacaq.
Publika.az xəbər verir ki, Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən hazırlanan Türk Qida Kodeksi Əsasnaməsinə Dəyişikliklər edilməsi haqqında qərar "Rəsmi Qəzet"də dərc olunduqdan sonra qüvvəyə minib.
Türk Qida Kodeksi çərçivəsində müvafiq kodeks müddəalarına əlavə olaraq, təhlil üsulları və qərar limitləri müəyyən edilir. Beynəlxalq və ya milli araşdırmaların nəticəsi nazirliyin rəsmi internet saytında elan ediləcək.
Qeyd edək ki, ölkəmizdə də marketlərdə həmin şirələrdən satılır.
Roza Şəfiyeva