Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Asiya Çempionlar Liqasında BƏƏ təmsilçisi “Əl-Əyn” səddini aşa bilməyib (4:3, 0:1 pen 1:3).
Publika.az xəbər verir ki, matçdan sonra qalmaqal yaşanıb. Meydanda hər iki klubun futbolçuları və klub işçilərinin iştirakı ilə kütləvi dava düşüb. Ronaldo qarşıdurmanın iştirakçısı olmayıb.
Əksinə, o, tərəfləri sakitləşdirməyə çalışıb. Ancaq təhlükəsizlik xidmətinin əməkdaşlarının müdaxiləsinə rəğmən, tərəfləri sakitləşdirmək xeyli çətin olub.
Heybət