28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Mülki Qvardiya sabiq hakimləri dindirdi: “Barsa”ya kömək ediblər?

13 yan 2024 14:00
İDMAN
ads

La Liqada xidmət edən bir neçə hakim İspaniya Mülki Qvardiyası tərəfindən sorğu-sual edilib və onların hər biri İspaniya Kral Futbol Federasiyasının hakimlər komissiyasının keçmiş vitse-prezidenti Xose Neqreyranın onlara “Barselona”nın xeyrinə qərar vermək üçün təzyiq göstərmədiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə “La Vanguardia” məlumat yayıb.

Bildirilir ki, məşhur ispaniyalı keçmiş referi Mateu Lahoz Neqreyranın hakimlərə təzyiq etməklə La Liqada rəqabətə təsir göstərməsinin mümkünsüz olduğunu bildirib.

Öz növbəsində, keçmiş hakim İturralde Qonzales də oxşar ifadə verib.

Hakim Nunez Fernandez deyib ki, “peşəkar hakimi buna məcbur etmək çox çətindir”.

Xatırladaq ki, “Barselona” La Liqa hakimlərini onların xeyrinə qərarlar verməyə məcbur etmək üçün Neqreiraya bir neçə il pul ödəməkdə ittiham olunur. Bu ittihamlara cavab olaraq kataloniyalılar bildiriblər ki, Neqreyra onlar üçün yalnız gənc ispan oyunçulara və hakimliyin bəzi aspektlərinə aid texniki hesabatlar tərtib edib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur