“Liverpool” Lissabon “Sportinq”inin hücumçusu Viktor Qyokeres ilə müqavilə imzalamaq istəyir.
Publika.az “Liverpool Echo”ya istinadən xəbər verir ki, isveçli futbolçu ilə “Nyukasl Yunayted” də maraqlanır. Lakin Viktorun özü Mersisayd təmsilçisinə keçməyə maraqlıdır.
22 yaşlı hücumçu İsveçin “Aspudden-Tellus” və “Bromboys” klublarının yetirməsidir. 2018-ci ilin qışında onu “Brayton” 1 milyon avroya alıb. Lakin “Sent Pauli”, “Suonsi Siti” və “Koventri”yə icarəyə veriblər.
2021-ci ilin yayında Çempionşipdən Koventri oyunçunu 1,3 milyon avroya transfer edib. Bu yay isə Qyokeres 20 milyon avroya Lissabon klubuna satılıb.
Ümumilikdə Viktor “Sportinq”də qol vurduğu bütün turnirlərdə 25 oyun keçirib. Aktivində 22 qol və 10 məhsuldar ötürmə var.