"Roma" və Argentina millisinin hücumçusu Paulo Dibala cari qış transfer pəncərəsində "Çelsi"yə keçə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Sport Witness" məlumat yayıb.
Mənbənin məlumatına görə, forvardın "caanavarlar"la müqaviləsi üzrə təzminat məbləği 12 milyon avrodur və yanvarın 15-nə kimi qüvvədədir. "Çelsi"nin rəhbərləri yaxın vaxtlarda bu bəndi aktivləşdirmək niyyətindədir.
Qeyd olunur ki, “Roma” 30 yaşlı hücumameyilli futbolçu ilə yolları ayrılmaqda maraqlı deyil və ondan yeni sözləşmə imzalamasını tələb edir.
Dibala 2022-ci ildən "Roma"da çıxış edir. Bu mövsüm forvard romalıların heyətində bütün turnirlərdə 17 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Heybət