Konklav ərəfəsində Vatikanda kardinalların görüşü baş tutub.
Qutb.az xarici mətbuata istinadən xəbər verir z kardinallar Papa Fransiskin hakimiyyətinin simvollarını - balıqçı üzüyü və möhürünü məhv ediblər.
Əsasnaməyə uyğun olaraq onların üzərinə xaç işarəsi qoyulub. Daha sonra pontifik hakimiyyətin simvolları məhv edilib.
Məlumata görə, kardinallar görüşdə qarşıdan gələn yeni Papa seçkiləri məsələsini müzakirə ediblər. Onlar hesab edirdilər ki, “müharibə, zorakılıq və qütbləşmə dövründə” mərhəmət və ümidi təcəssüm etdirəcək bir papaya ehtiyac var. Onlar Yaxın Şərq və Ukrayna da daxil olmaqla, bütün regionlarda münaqişələrin tezliklə dayandırılmasına çağırıblar
Qeyd edək ki, mayın 7-də saat 15:45-də kardinallar yeni papanın seçilməsi zamanı qaldıqları Santa Marta Evini tərk edərək Sikstin kapellasına gedəcəklər. Bundan sonra konklav başlayacaq. 2013-cü ildə Roma Papası Fransiskin seçilməsi iki gün davam edib. Ən uzun konklav 1774-cü ilin noyabrında başlayıb və 105 gün davam edib.