"Mançester Siti"nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uolker etiraf edib ki, onun klub və milli komanda yoldaşı Con Stouns içki içməyi xoşlayır.
Publika.az xəbər verir ki, Uolker Stounsla 7 ildir birlikdə oynadıqlarını və qazandıqları titulları qeyd etdiklərini bildirib:
“Con şənlik etməyi xoşlayır. Amma bütün mövsümü içmir. İçəndə bakaldan yox, butulkadan içir. Bir şüşə tekila, bir şüşə "Jägermeister". "Şüşəni mənə ver" deyir və içir (gülür)".
Heybət