Fransa millisinin hücumçusu Olivye Jiru milli komandanın tarixinə düşüb.
Publika.az xəbər verir ki, o, Avropa və dünya Çempionatı kimi 7 böyük turnirdə çıxış edən dördüncü futbolçu olub. 37 yaşlı forvard buna Avro-2024-ün ilk turunun Avstriya ilə matçının (1:0) son dəqiqələrində əvəzetmədən meydana daxil olmaqla nail olub.
Əvvəllər “xoruzlar”ın heyətində Lilyan Tyuram , Tyerri Anri və Uqo Lyoris eyni sayda böyük turnirdə çıxış etmək imkanı qazanıb.