28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

29 mar 2024 10:00
GÜNDƏM
ads

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd olunub.

Publika.az xəbər verir ki, yayılan xəbərlə bağlı Manset.az Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasında xəbəri təkzib edib.

"Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır".

Qeyd edək ki, Ramiz Mehdiyevin cərimə olunduğu və bu cəriməni vaxtında ödəmədiyinə görə məhkəməyə verildiyi bildirilmişdi.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur