İspaniya futbolunda növbəti dəfə vergi qalmaqalı yaşanır.
Publika.az xəbər verir ki, Madrid prokurorları "Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin vergidən yayındığına görə 4 il 9 ay həbs olunmasını tələb edir. Bu barədə "Relevo" məlumat yayıb.
2014-cü ildən 2015-ci ilə qədər italyan mütəxəssis əlavə gəlir mənbələri olmadan yalnız Madrid klubundakı maaşına görə vergi ödəyib. Ançelotti bir milyon avrodan çox vəsaiti gizlədib.
Mənbənin məlumatına görə, “Real”la müqavilədə müəyyən edilmiş qonorardan əlavə, imic hüquqlarının kluba verilməsindən əldə olunan gəlir də müəyyən edilib. Prokurorlar iddia edirlər ki, həm "Real" tərəfindən, həm də müxtəlif tədbirlər üçün digər brendlərdən əldə edilən bu imic hüquqlarından əldə edilən gəlirdən vergi tutulmaması üçün məşqçi “mürəkkəb” əməliyyatlar edib və ofşor şirkətlər şəbəkəsinə müraciət edib.
Beləliklə, prokurorluq onu imic hüquqlarının İspaniyadan kənarda “real fəaliyyəti olmayan” hüquqi şəxslərə ötürülməsini “imitasiya etməkdə” ittiham edir. Ançelotti yerli vergi orqanları ilə qeyri-şəffaf olmağa və imic hüquqlarından əldə edilən gəlirin real benefisiarını gizlətməyə çalışıb ki, nə özü, nə də bu şirkətlərdən heç biri İspaniyada və ya xaricdə alınan böyük məbləğlərə görə vergi ödəməli olmasın.
Heybət